Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Tarixi filmlərimizdəki geyimlərin muzeyi yaradılacaq
04.08.11 21:37

“Nizami” kinoteatrının təmiri başa çatdıqdan və fəaliyyətə başladığı ilk həftənin müəyyən bir günü yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq”. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu fikiri nazirliyin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov bildirib. M.Hətəmov həmçinin, C.Cabbarlı adına “Azərbaycanfilm” dövlət kinostudiyasının təmiri başa çatdıqdan sonra kinostudiyanın nəzdində Azərbaycanın tarixi filmlərdəki geyimlərindən ibarət muzeyin də yaradılacağının planlaşdırıldığını bildirib: “Biz bu barədə düşünürük. Gərək həmin paltarlar elə vəziyyətdə saxlanılsın ki, gənclər, uşaqlar həmin geyimləri rahatlıqla seyr edə bilsinlər. Burada da iki əsas məqsədimiz var. Bunlardan birincisi bu kimi geyimlərin qorunub saxlanılması, ikincisi, isə uşaqlar üçün tərbiyəvi əhəmiyyət daşımasıdır”.
URL / WWW
http://kelam.az/article/a-4220.html