Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Azərbaycan ordusunun döyüş qabiliyyəti istənilən təcavüzkara ən yüksək səviyyədə cavab verməyə qadirdir”
09.12.09 20:20

Azərbaycan ordusunun döyüş qabiliyyəti istənilən təcavüzkara ən yüksək səviyyədə cavab verməyə qadirdir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhülükəsizlik və Müdafiə Komitəsinin sədri, vitse-spiker Ziyafət Əsgərov Gənc Tamaşaçılar Teatrında “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin monumental hərbi abidəsidir” mövzusunda keçirilən tədbirdə bildirib. Azərbaycanda ordu quruculuğuna prezident İlham Əliyev tərəfindən də böyük diqqət yetirildiyini vurğulayan Z.Əsgərov qeyd edib ki, bu barədə ölkə ictimaiyyəti, o cümlədən gənclər məlumatlı olmalıdır. “Gənclər vətənpərvər olmalıdırlar. Azərbaycanın hüquqi dövlət qurucuları olan gənclər ölkəmizin ordusu, iqtisadiyyatı, siyasəti haqqında çox geniş bilgiyə malik olmalıdırlar”,-deyə vitse-spiker vurğulayıb. Z. Əsgərov Azərbaycanda ordu quruculuğunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu da nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-422.html