Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » 84-cü “Oskar” mükafatını almaqda iddialı olan filmlər bəlli olur
05.08.11 03:37

Növbəti ilin “Oskar” mükafatını almaqda iddialı olan filmlərdən bir neçəsinin adı artıq açıqlanıb. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu filmlər sırasında 64-cü Kann Film Festivalında mükafatlandırılan türkiyəli rejissor Nuri Bilge Ceylanın çəkdiyi “Bir zamanlar Anadoluda” filmidir. Kənd həkiminin cinayət işini aparan hakimin 12 saatlıq hekayəsindən bəhs edən film “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasında iştirak edəcək. 84-cü dəfə keçiriləcək “Oskar” film müsabiqəsinə iddialı olan 2-ci film isə məşhur amerikalı müğənni Modonnanın rejissorluğu ilə Hollivud aktyorları Ebbi Korniş, Ceyms Darsi və Andrea Rayzboronun baş rol aldıqları “Biz sevgiyə inanırıq” filmidir. Qeyd edək ki, hələlik bu iki filmin adı açıqlanıb. Xatırladaq ki, 84-cü “Oskar” mükafatı gələn ilin fevralın sonu və ya martın əvvəllərində Los-Anceles şəhərində təqdim ediləcək.
URL / WWW
http://kelam.az/article/a-4219.html