Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » BMT-nin baş katibi Bəşər Əsədlə görüşəcək
04.08.11 21:37

BMT Təhlükəsizlik Şurası Suriya iqtidarının fəaliyyətini pisləyib. Şura ölkədə baş verən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib. TŞ həm hökumət qüvvələrini, həm də nümayişçiləri zor tətbiqindən çəkinməyə çağırıb. Açıqlamada prezident Bəşər Əsəd iqtidarının dinc vətəndaşlara güc tətbiq etməyəcəyinə dair beynəlxalq sazişlərə əməl etməsi və güc tətbiq edənləri məhkəmə qarşısına çıxarması tələb edilib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Şura Dəməşq hökumətindən söz verdiyi islahatları dərhal tətbiq etməsini istəyib. Ancaq Şura üzvü olan Livan açıqlamanı dəstəkləmədiyini bəyan edib. BMT-nin baş katibi Pan Ki Mun bu həftə içərisində Əsədlə görüşəcəyini və Suriya ilə bağlı tərəfsiz bir hesabat hazırlayacağını bəyan edib. ABŞ isə Suriyanın Əsədsiz daha yaxşı yer olacağını açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-4217.html