Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə ittiham irəli sürülüb
04.08.11 21:37

ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə qarşı ittiham irəli sürülüb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Amerikanın baş prokuroru Erik Holder və daxili təhlükəsizlik naziri Con Napolitano tərəfindən ittihamnamələr bu gün irəli sürülüb. Holder deyib ki, ittihamnamələr uşaqları istismar edənlərin ədalət məhkəməsi qarşısına çıxarılacağına dair ciddi bir xəbərdarlıqdır. O, Deledo əməliyyatı kimi tanınan təhqiqatın dünyada yüzlərlə insanı hədəf aldığını deyib. Baş prokuror bildirib ki, «Dreamboard» şəbəkəsi uşaq pornoqrafiyasını yaymaqla yanaşı, insanları pornoqrafiya videoları hazırlamağa təşviq edir. Videolarda göstərilən uşaqların bəziləri körpələrdir. İndiyədək 13 adam günahkar olduğunu etiraf edib. Onlardan 4-ü 20-30 il müddətinə azadlıqdan məhrum edilib. İttihamlarla üzləşənlərin 52-si 14 ölkədə nəzarət altına alınıb. Təhqiqat 2009-cu ilin dekabr ayından davam edir.
URL / WWW
http://kelam.az/article/a-4215.html