Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusiyada 7500 ekstremist internet sayt fəaliyyət göstərir
04.08.11 21:37

Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyev bildirib ki, hazırda Rusiyada 7500 ekstremist internet sayt fəaliyyət göstərir və belə saytların fəaliyyətini məhdudlaşdırmaq üçün tədbirlər işlənib hazırlanmalıdır. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, daxili işlər naziri bu açıqlamanı çərşənbə günü Xabarovsk şəhərində ekstremizmlə mübarizə üzrə şöbələrarası komissiyanın iclasında verib. Nazir bildirib ki, federal media qanunu artıq dəyişdirilib və internet saytları müəyyən məqamlarda kütləvi informasiya vasitəsi hesab olunurlar. Onun sözlərinə görə, media, həmçinin ekstremizmlə mübarizədə müsbət rol oynaya bilər. Nurqaliyev deyib ki, Rusiyada hazırda 10 əsas dini sekta fəaliyyət göstərir və onlarla bağlı əsas narahatlıq bundan ibarətdir ki, sekta üzvləri adətən ailələrini tərk edirlər, heç bir sosial bağlılıq saxlamırlar və cinayət törədirlər. Nurqaliyev vurğulayıb ki, bu sektaların fəaliyyətini monitorinq etmək və onların cinayətlərinin qarşısını almaq lazımdır.
URL / WWW
http://kelam.az/article/a-4214.html