Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Somali planetin ən təhlükəli dövlətləri sırasında liderdir
04.08.11 21:37

«Maplecroft» konsaltinq kompaniyasının tərtib etdiyi reytinqə görə, Somali planetin terrorizm baxımından ən təhlükəli dövlətləri sırasında liderdir. «KƏLAMİNFO» «RBK»ya istinadən xəbər verir ki, buna səbəb bu ölkədə «Əl-Qaidə» ilə əməkdaşlıq edən radikal islam qruplaşmalarının həddən artıq cəmləşməsidir. Ondan sonrakı yerləri Pakistan, İraq, Əfqanıstan, eləcə də yeni yaradılan Cənubi Sudan dövləti bölüşür. Yəmən, İran, Uqanda, Liviya, Misir və Nigeriyada da terror təhlükəsi artıb. Turistlərə gedilməsi məsləhət görülməyən ölkələr arasında isə Fələstin əraziləri, Konqo, Mərkəzi Afrika Respublikası, Kolumbiya, Əlcəzair, Tailand, Filippin var. Rusiya ilk iyirmilikdə 14-cü yerdə qərarlaşıb. Ondan sonra Sudan, İran, Burundi, Hindistan, Nigeriya və İsrail gəlir. Reytinqdə bütövlükdə 198 ölkə qərarlaşıb. Terror təhlükəsinin ən az olduğu ölkələr Skandinaviya ölkələri, ABŞ, Kanada, Avstraliya və Yeni Zellandiyadır. «Maplecroft»un hesablamalarına görə, ötən il terrorçuların əməlləri nəticəsində 13 min 492 nəfər həlak olub.
URL / WWW
http://kelam.az/article/a-4212.html