Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistanın turizm imkanları Türkiyədə nümayiş olunacaq
10.12.09 04:22

Sabah Türkiyədə Hannover-Messe İnternational İstanbul, Türkiyə Səyahət Agentləri Birliyi (TÜRSAB) və İZFAŞ-ın birgə təşkilatçılığı ilə üçüncü Travel Turkey Sərgisi keçiriləcək. Sərgiyə 17 ölkədən 430 şirkət qatılacaq. KƏLAMİNFO xəbər verir ki, sərgi Türkiyənin Travel Turkey Sərgisi ilə birgə təşkil ediləcək. Sərgidə Ermənistanın Səyahət Agentlikləri Birliyinin rəhbəri Yeğişe Tanaşyanın başçılıq etdiyi 6 turizm agentliyi də iştirak edəcək. Sərgiyə Ermənistan Səyahət Agentlikləri Birliyi, Amerika Səyahət Agentlikləri Birliyi (ASTA) və Rusiya Səyahət Agentlikləri Birliyi (RATA) də ilk dəfə olaraq qatılacaq. ABŞ, Almaniya, Azərbaycan, Braziliya, Bosniya və Hersoqovina, Ermənistan, Gürcüstan, Xorvatiya, Hindistan, İngiltərə, Slovakiya, Suriya, Tailand, Tunis və Yunanıstan şirkətlərinin iştirakı ilə keçiriləcək sərgiyə Çin, Xorvatiya, İran, Küveyt, Liviya, Rusiya, Seneqal, Serbiya, Sloveniya, Suriya və Yunanıstandan satınalma heyəti gələcək. Xatırladaq ki, sərgiyə keçən il 15 ölkədən 324 firma qatılıb.
URL / WWW
http://kelam.az/article/a-421.html