Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xəzəryanı ölkələrin nümayəndələri Qazaxıstanın Aktau şəhərində toplaşacaq
04.08.11 21:37

Avqustun 10-11-i tarixlərində Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasını imzalayan ölkələrin iclası keçiriləcək. İclasa Azərbaycan nümayəndə heyəti də qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər. İclasda 2 protokolun imzalanması nəzərdə tutulur. Tədbirdə Azərbaycan nümayəndə heyətinə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev başçılıq edəcək. Qeyd edək ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası 2003-cü il noyabrın 4-də Tehranda imzalanıb. Xəzəryanı ölkələrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan daxildir.
URL / WWW
http://kelam.az/article/a-4208.html