Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitinə qatılacaq
05.08.11 02:37

Türkiyə prezidenti Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrın sonunda Almatıda keçirilən sammitində iştirak edəcək. «KƏLAMİNFO» «Novosti-Kazaxıstan»a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Astanada keçirdiyi brifinqdə bildirib. O deyib ki, sammit oktyabrın 21-22-də keçiriləcək. Onun sözlərinə görə, sammitin məqsədi şuranın qaydalarının müəyyən edilməsi və əsas sənədlərin qəbuludur. «Hesab edirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işıqlı gələcəyi var». Qeyd edək ki, Şura dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda təsis edilib. Kazıxanov, həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana planlaşdırılan səfəri barədə də məlumat verib. O bildirib ki, Ərdoğanın səfəri ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yeni perspektivlər verəcək. XİN rəhbəri səfərin dəqiq tarixini deməyib və yalnız onu əlavə edib ki, Astana Ərdoğanı ilin sonuna kimi gözləyir.
URL / WWW
http://kelam.az/article/a-4207.html