Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Nazirlik: “Elektron hökumət” informasiya sisteminin həyata keçirilməsinə başlanılıb
05.08.11 02:35

Dövlət müəssisələri arasında informasiya mübadiləsi üçün “Elektron hökumət” informasiya sisteminin həyata keçirilməsinə başlanılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib. Qeyd edilib ki, yaxın günlərdə Təhsil və Səhiyyə nazirlikləri “Elektron hökumət” dövlət informasiya sisteminə qoşulacaq və Azərbaycanda bu sistemə qoşulan dövlət idarələrinin sayı 8-ə çatacaq. İndiyədək əsas serveri RİTN-də yerləşən sistemə nazirliyin özündən başqa Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu qoşulub. Bu dövlət müəssisələrində serverlər və informasiya təhlükəsizliyi sistemləri quraşdırılıb, servislərin və onların sistemdə informasiya məlumatlarının əlaqələndirilməsi üzrə işlər aparılıb. Bundan başqa, “Elektron hökumət”in informasiya sistemi bazası əsasında ödənişli xidmətlərdən istifadənin təmini üzrə də işlərə başlanılıb. Dövlət idarələri tərəfindən göstərilən bütün elektron xidmətlər, eləcə də yaranacaq yeni xidmətlər “Elektron hökumət”in vahid portalına köçürüləcək. Portalın yaradılması başa çatmaq üzrədir. “Elektron hökumət” portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək “X-Road” sisteminin prinsipindən istifadə olunacaq. “X-Road” sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə və s. imkan verəcək.
URL / WWW
http://kelam.az/article/a-4206.html