Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hüsnü Mübarəkin məhkəməsi başlayır
04.08.11 02:18

Bu gün keçmiş Misir prezidenti Hüsnü Mübarəkin məhkəməsi başlayır. O, korrupsiya və etirazçılara qarşı atəş açmaq əmri vermək ittihamları ilə üzləşib. Məlumatlara görə, 83 yaşlı Mübarəkin hazırda müalicə olunduğu Qırmızı Dəniz sahillərindəki kurort şəhər Sarm əl-Seyxdən Qahirəyə gətiriləcəyi gözlənir. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, məhkəmə Polis Akademiyasında keçiriləcək. Mübarək və onunla birgə ittiham olunanların məhkəmə zamanı dəmir barmaqlıqlar arasında saxlanacağı gözlənir. Rəsmilər bildirirlər ki, məhkəmə iclasları dövlət televiziyası ilə nümayiş olunacaq. Mübarək, ölkənin keçmiş daxili işlər naziri Habib əl-Adli, digər keçmiş yüksək vəzifəli altı məmur etirazlar zamanı 850 nəfərin ölümündə günahlandırılır. Əgər ittiham təsdiqlənsə, onlar edam cəzası ilə üzləşə bilərlər. Ayrıca Mübarək və onun iki oğlu korrupsiyada ittiham edilirlər.
URL / WWW
http://kelam.az/article/a-4202.html