Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramazan ayında iş saatlarının azaldılması təklif olundu
03.08.11 19:18

“Monitor Konsaltinq” jurnalının redaksiyası oxucuların müraciətlərini nəzərə alaraq Ramazan ayında iş gününün bir saat azaldılması təklifi ilə çıxış edib. “KƏLAMİNFO”ya jurnalın redaksiyasından verilən məlumatda bu təklifin Müqəddəs Ramazan ayının anomal hava şəraitinin üstünlük təşkil etdiyi isti yay günlərinə təsadüf etməsi ilə bağlı olduğu bildirilir. Eyni zamanda qeyd olunur ki, hansı mövsümə düşməsindən asılı olmayaraq, Ramazan ayında əksər müsəlman ölkələrində gündəlik iş saatları müxtəlif müddətlərdə azaldılır. Bütün bunları nəzərə alan, “Monitor Konsaltinq”inn redaksiyası əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə rəsmi müraciət göndərib.Əmək və əhalinin sosial müdafiəsi nazirinə və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinə ünvanlanan məktublarda onlardan təklifin reallaşması üçün qanunvericilik təşəbbüsü ilə çıxış etmələri xahiş olunur, bunun Azərbaycanda yaşayan müsəlmanlar tərəfindən böyük razılıqla qarşılanacağı vurğulanır. Seyxülislamı Ramazan ayında iş gününün bir saat azaldılması təklifini dəstəkləməyə çağıran jurnal, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərindən bu məsələdə təşəbbüskarlıq etmələri üçün işəgötürənlərə müraciət ünvanlamasını xahiş edir. Redaksiya hesab edir ki, Seyxülislam nüfuzundan istifadə edərək bu məsələnin reallaşmasına yardımçı ola bilər.
URL / WWW
http://kelam.az/article/a-4199.html