Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abituriyentlərin ixtisas seçimi başa çatdı
03.08.11 19:18

2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2011-ci il iyulun 22-dən avqustun 2-dək (saat 00:00-dək) internet vasitəsilə ixtisas seçimi ediblər. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu mərhələdə abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək, ixtisas seçimi ərizələrini təsdiqləyiblər. Qeyd edək ki, I ixtisas qrupu üzrə 9818, II qrupda 9645, III qrupda 9720, IV qrupda 4988 nəfərin, ümumilikdə 34171 abituriyentin müsabiqədə iştirak hüququ var idi. Beləliklə, onlardan 32561 nəfəri ixtisas seçimi ərizəsini təsdiq ediblər. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin avqustun 4-də elan olunması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-4198.html