Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zərdüşt Əlizadə: Bütün dünyanı intizarda qoyan ABŞ borc mübarizəsinin mahiyyəti gələcək prezident seçkiləridir”
04.08.11 01:18

“ABŞ-da yaranan borc böhranı onunla bağlıdır ki, respublikaçılar çalışırlar seçki qabağı prezident Barak Obamanın hörmətini azaltsınlar. Bu da təbii ki, bütün dünyada, o cümlədən Vaşinqtonla ciddi əməkdaşlıq edən regionlarda yeni iqtisadi böhrana səbəb olacaq”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert deyir ki, bütün dünyanı intizarda qoyan ABŞ borc mübarizəsinin mahiyyəti gələcək prezident seçkiləridir. “İstefaya getməzdən əvvəl Robert Qeyts bildirmişdi ki, ABŞ ciddi şəkildə hərbi xərclərini azaltmalıdır. B.Obama dövründə ABŞ qərara alıb ki, İraqdan da, Əfqanıstandan da çıxsın. Amma mərhələli şəkildə çıxır, çünki birdən çıxsa, bu, məğlubiyyət kimi qələmə verilə bilər. Bununla yanaşı, hərbi xərclər də azalacaq. İndi B.Obama çalışır ki, maliyyə durumunu sağlamlaşdırsın”,-deyə Z.Əlizadə vurğulayıb. Politoloq deyib ki, Bill Klinton dövründə borclanan ABŞ-da növbəti borclanma Corc Buşun dövrünə təsadüf etdi. “Növbəti borclanma Buşun vaxtında gəldi, qondarma anti-terror müharibəsi ilə İraqa, Əfqanıstana girdilər, oranı vurdular, buranı vurdular, yüzminlərlə insanı öldürdülər, nəhayət böyük bir həə borc yarandı ki, indi 14,3 trilyona qədər artıb. Buşun vaxtında Senat dinməz-söyləməz halda bunu 8 dəfə artırmışdı. Amma indi B.Obamanın vaxtında bunlar dirəniblər”,-deyə o, əlavə edib. Z.Əlizadə deyib ki, B.Obamanın prezidentliyi dövründə əldə etdiyi ən böyük nailiyyət kasıb amerikalılara tibbi sığortanın verilməsi oldu, 37 milyon kasıb amerikalı ömürlərində ilk dəfə olaraq tibbi sığorta şəhadətnaməsi alıblar. “Respublikaçılar buna ciddi müqavimət göstərmək istəyirdilər, amma o zaman demokratların üstünlüyü var idi və qanun keçdi. İndi respublikaçılar çalışırlar ki, bundan istifadə edib, gələcək seçiklərdə B.Obamanın mövqeyini zəiflətsinlər. B.Obama isə istəyir ki, yeni maliyyə mənbəyi kimi varlı amerikalıların üzərinə qoyulan vergi yükünü artırsın. Respublikaçılar isə bunun əleyhinədir və bilirlər ki, onların əsas maliyyə dayağı varlı amerikalılardır”,-deyə ekspert bildirib.
URL / WWW
http://kelam.az/article/a-4197.html