Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Saakaşvili həddindən artıq ermənipərəstliyi ilə diqqət çəkməkdədir”
03.08.11 19:18

“Son vaxtlar Gürcüstan prezidenti Mixail Saakaşvili həddindən artıq ermənipərəstliyi ilə diqqət çəkməkdədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu gün keçirdiyi aylıq hesabatında bildirib. Onun sözlərinə görə, Gürcüstanda erməni kilsələrinə statusun verilməsi erməni apostol kilsəsinin rəhbəri II Qaragenin xidməti olsa da, bu işdə ən çox diqqət çəkən Gürcüstan prezidenti Mixail Saakaşvilinin ABŞ-dakı erməni diasporu ilə gizli sövdələşməsidir. “Apostol kilsəsinə status verilməsi səhv addımdır. Ermənistanın BMT-dəki rəsmi nümayəndəsinin timsalında Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdiyi günlərdə Mixail Saakaşvilinin təhriki ilə Gürcüstan parlamenti erməni apostol kilsəsini neçə yüz illik arzusuna çatdırdı. Bu, düzgün deyil” - deyə M.Əhmədoğlu vurğulayıb. Politoloq onu da deyib ki, bu gün gücü olmadığı təqdirdə Ermənistan özünü güclü tərəf kimi göstərmək istəyir. “Ermənistanın Türkiyəyə ərazi iddiaları yeni deyil. Bu məsələ Ermənistan Konstitusiyasının 11-ci maddəsində və müstəqillik aktının preambula hissəsində də əks olunub. Bu, erməni xəstəliyidir. Ermənilər gücləri olmadığı halda özlərini güclü göstərməyə çalışırlar. Prezident Serj Sarkisyanın gələcək nəsillərə Ağrı dağı haqqında dedikləri isə tamamilə blefdir” - deyə ekspert əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4196.html