Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “ABŞ-ın apardığı hərbi kampaniyadan ən çox xeyir götürən İran olub”
04.08.11 02:18

“Artıq aydın olur ki, ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi kampaniyadan ən çox xeyir götürən İran olub”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu özünün aylıq hesabatında bildirib. O qeyd edib ki, ABŞ-ın, NATO-nun Əfqanıstandan və İraqdan qoşunları çıxarması məsələsi qərbpərəst siyasi mərkəzlərdə kifayət qədər ciddi müzakirə olunur. “Qərb siyasi mərkəzləri bu məsələni daim diqqətdə saxlayır. Məsələ ondadır ki, hazırda Əfqanıstandakı daxili vəziyyət İranı qane edən hala düşüb. ABŞ sanki İranın qonşuluğunda iki dövlətdə şiələrin mövqeyini möhkəmlədib” - deyə M.Əhmədoğlu vurğulayıb. Politoloq deyir ki, ABŞ qoşunlarının bu ölkələri tərk edəcəyi təqdirdə İranın hər iki ölkəyə və regiona təsiri kifayət qədər artacaq.
URL / WWW
http://kelam.az/article/a-4195.html