Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putin Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsini istisna etmir
03.08.11 02:27

Rusiyanın baş naziri Vladimir Putin Cənubi Osetiyanın Rusiya Federasiyasına birləşdirilməsini istisna etmir. «KƏLAMİNFO» «Armenia Today»ə istinadən xəbər verir ki, baş nazir əlavə edib ki, qərar osetin xalqından asılı olacaq. «Siz Rusiyanın mövqeyini bilirsiniz. Gürcü rəhbərliyi hərbi aksiyaya əl atdıqda, Rusiya rəhbərliyi Cənubi Osetiyanı dəstəklədi» - deyə Putin «Seliger 2011» gənclər forumunun iştirakçılarına müraciətində bildirib. Rəsmi Tbilisi Putinin bu bəyanatını kəskin tənqid edib. Parlamentin viste-spikeri Mixail Maçavariani bildirib ki, bu tip bəyanatlar 2009-cu il avqust müharibəsinin əsas məqsədini ortaya çıxarır. Yəni burada əsas məram Gürcüstan ərazilərinin işğal edilməsi olub.
URL / WWW
http://kelam.az/article/a-4193.html