Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-ın Nümayəndələr Palatası dövlət borcu limitinin artırılması planını təsdiq edib
02.08.11 20:27

ABŞ-ın Nümayəndələr Palatası Ağ Ev və Konqresdəki hər iki partiyanın liderləri tərəfindən razılaşdırılmış dövlət borcu limitinin artırılması və federal büdcə kəsirinin azaldılması planını təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, spiker Con Beyner bildirib ki, qanun layihəsinin lehinə 269 səs, əleyhinə isə 161 səs toplanılıb ki, bu da sözügedən layihənin təsdiqi üçün kifayət edib. Qəbul olunan plana əsasən, 10 il ərzində dövlət borcunun limiti ən azı 2,1 trln. dollar artırılacaq. Eyni məbləğdə büdcə kəsiri də azaldılacaq. Qeyd edək ki, bu gün Senat da qanun layihəsini təsdiq etməlidir.
URL / WWW
http://kelam.az/article/a-4192.html