Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Paytaxt üzrə ölüm hadisələrinin 50%-i yol piyadalarının vurulması ilə nəticələnən avtoqəzalardır
02.08.11 20:27

Ölümlə nəticələnən yol-nəqliyyat qəzaları cüzi sayda artıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov bildirib. Onun sözlərinə əsasən, bu da ən çox piyadaların vurulması ilə nəticələnən avtoqəzalardır. “Paytaxt üzrə ölüm hadisələrinin 50%-i yol piyadalarının vurulması ilə nəticələnən avtoqəzalardır. Məlumdur ki, bizim piyadalara qarşı mübarizə tədbirlərimiz var. Piyadalar yeraltı və yerüstü keçidlərdən düzgün istifadə etmir. Ən çox yol-nəqliyyat qəzaları, ölüm hadisələri də məhz o keçidlərin yaxınlığında baş verir. Vətəndaşlar keçidlərdən demək olar ki, istifadə etmir”,-deyə N.Səfərov qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-4191.html