Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DYP əməkdaşlarının aşkar etdiyi 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb
02.08.11 20:27

Cari ilin yanvarın 1-dən iyulun 30-dək paytaxt üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində 19 fakt avtoxuliqanlıq əlamətləri qeydə alınıb. Bu da 11 ölüm, 14 müxtəlif dərəcəli xəsarətlə nəticələnib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Baş Polis İdarəsinin bölmə müdiri Vaqif Əsədov verib. Onun sözlərinə əsasən, 21 yol–nəqliyyat hadisəsində 16 avtoxuliqanlıq edən sürücülər hadisə yerindən yayınmağa müvəffəq olsa da, sonradan axtarış nəticəsində aşkar edilərək aidiyyatı üzrə məhkəmələrə göndəriliblər. “Bu il DYP əməkdaşlarının aşkar etdiyi 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb və qanunvericiliyə uyğun sənədləşdirilib. Çox təəssüflər ki, inzibati məsuliyyətə cəlb edilən sürücülərin 39-u il ərzində təkrarən avtoxuliqanlığa görə məhkəmə kürsüsündə əyləşməli olub”,-deyə o əlavə edib. V.Əsədov həmçinin söyləyib ki, avtoxuliqanlardan 27-nin saxlanılması üçün bu gün də axtarış tədbirləri görülür. O, avtoxuliqanların əsasən Babək, Tbilisi, Nobel prospektləri, Rəşid Behbudov, Bakıxanov küçələrində və s. ərazilərdə saxlanıldığını diqqətə çatdırıb. O, bu barədə 554 vətəndaşın da BŞBPİ-nə rəsmi müraciət etdiyini diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-4190.html