Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fikrət Sadıxov: “Metyu Brayza bilir ki, nə vaxtsa sülh olacaq…”
02.08.11 22:27

“ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Bakıda erməni kilsəsinin açılması ilə bağlı bəyanatı sülhə, tərəflər arasında gərginliyin azaldılmasına çağırışdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloq deyib ki, amerikalı diplomat bununla regionda sülhə çağırış etmək istəyib. “Amma Azərbaycanda erməni kilsəsi o vaxt açıla bilər ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. M.Brayza bilir ki, nə vaxtsa sülh olacaq və bundan sonra bütün əlaqələr düzələcək. Diplomat bununla işarə edib ki, haçansa Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanacaq və ölkələr dost olacaq. Ondan sonra hər iki ölkədə kilsə, məscid açıla və tikilə bilər”,-deyə politoloq vurğulayıb. Qeyd edək ki, ötən günlərdə M.Brayza mətbuat vasitəsilə erməni kilsəsinin Bakıda açılmasına ümid bəslədiyini bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-4189.html