Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ diplomatlarının səfərlərinə yeni məhdudiyyətlər qoyuldu
01.08.11 20:06

Pakistan ölkədə yaşayan ABŞ diplomatlarının səfərlərinə yeni məhdudiyyətlər qoyub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, diplomatik mənbələr bildirir ki, ABŞ-ın İslamabaddakı səfirliyi keçən ay Xarici İşlər Nazirliyindən diplomatların paytaxtdan kənarda hərəkət etməsinə qoyulan yeni məhdudiyyətlərlə bağlı məktub alıb. Məktubun surətini almış «Assoşieyted Press» agentliyinin verdiyi məlumata görə, sənəddə ABŞ diplomatlarının şəhəri tərk etməzdən beş gün əvvəl xüsusi icazə almalı olduğu göstərilir. Pakistan mətbuatı ABŞ diplomatlarının rəsmi icazə olmadığı üçün bu ayın əvvəli Peşəvərdən geri qaytarıldığı haqda məlumat verib. Hər iki ölkənin hökuməti Pakistan mətbuatında məhdudiyyətlərlə bağlı bu gün verilmiş məlumatlardan sonra narazılıqları açıq şəkildə bildirməməyə çalışıb. ABŞ səfirliyinin sözçüsü Alberto Rodriqes deyib ki, Birləşmiş Ştatlar məsələni həll etmək üçün yerli rəsmilərlə iş aparır.
URL / WWW
http://kelam.az/article/a-4185.html