Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Narkodiler 1500 nəfərin qətlini həyata keçirib
01.08.11 20:06

Meksikanın «Xuares» narkokartellərindən birinin rəhbəri Antonio Aqosta Ernandes narkomüharibə gedişində 1500 qətldə əli olduğunu bəyan edib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «Lenta.ru» «Associated Press»ə istinadən məlumat yayıb. Narkodiler, həmçinin 2010-cu ildə Syudad-Xuraes şəhərində avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində baş verən irimiqyaslı ölüm halında günahlandırılıb. Hüquq-mühafizə orqanları onu, həmçinin ABŞ səfirliyinin əməkdaşı və onun ərinin ölümündə də təqsirli bilirlər. Polisdə hesab edirlər ki, Ernandes hər bir qətllə bağlı şəxsən qərar verirmiş. Meksika polisi yaxın vaxtlarda ABŞ hakimiyyət orqanlarına onun ekstradisiyası ilə bağlı sorğu göndərəcək. Ernandes iyulun 29-da həbs edilib. Keçmiş polis zabiti olan Ernandesin tutulması üçün Meksikanın hakimiyyət orqanları 1,25 mln. dollar sərf edib.
URL / WWW
http://kelam.az/article/a-4184.html