Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda temperatur iqlim normasından kifayət qədər yüksək olacaq
01.08.11 20:06

Azərbaycanda avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər. Yağıntıların da ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 4-7 mm) olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 18-23, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-44 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25 dərəcə isti, ayrı-ayrı günlərdə 29-36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 32-55 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında orta aylıq temperaturun 25-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 37-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-24 mm), bəzi yerlrədə isə bir qədər çox olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 16-21, gündüzlər 27-32 dərəcə isti, ayrı-ayrı günlərdə 34-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-116 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 32-37 dərəcə isti, ayrı-ayrı günlərdə 40-44 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm) olacağı gözlənilir. Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında isə orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti, ayrı-ayrı günlərdə 36-340 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-4180.html