Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mahmud Məmmədquliyev Vyanada BMSİT-in Baş Konfransının 13-cü sessiyasında iştirak edir
09.12.09 17:22

Avstriyanın paytaxtı Vyanada BMT Sənaye İnkişafı Təşkilatının (BMSİT) Baş Konfransının 13-cü sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Tədbirin əsas mövzusu “yaşıl sənaye“ və onun ölkələrin mövcud iqtisadi vəziyyəti üçün verə biləcəyi şanslara həsr olunub. Sessiyada təşkilata üzv olan 173 ölkənin nümayəndələri iştirak edir. Sessiyanın ilk günü təşkilatın Baş direktoru Kandeh Yumkella ikinci müddətə tutduğu vəzifəyə seçilib. Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Məmmədquliyev və K.Yumkella arasında görüş də keçirilib. Görüşdə təşkilatla Azərbaycan arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib, eyni zamanda əməkdaşlığın gələcək prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılmasının vacibliyi vurğulanıb. Tərəfər arasında Azərbaycanda qeyri-neft sektorunun inkişafında BMSİT-in təcrübi və ekspertiza dəstəyindən geniş istifadə edilməsi barədə fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər BMSİT Baş direktorunun Azərbaycana səfərinin təşkil olunması və səfər zamanı Azərbaycanda BMSİT ilə birgə konfransın keçirilməsi perspektivləri də müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Məmmədquliyev sessiyada çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-418.html