Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu gün müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir
02.08.11 03:06

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahan avqustun 1-dən 5-dək ingilis dili müəllimliyi ixtisası üzrə olacaq. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində təşkil olunub. Bu gün səhər saat 9.00-da başlayan imtahanlar axşam saat 18.00-dək davam edəcək. Hər bir müəllim kompyuter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək. Qeyd edək ki, hazırda ölkədə ingilis dili müəllimliyi ixtisası üzrə 241 vakant yer var. Vakant yerlərdən 68-i Bakı şəhərində, 173-ü isə digər şəhər və rayonlardadır. Ümumiyyətlə, Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlərə 9342 nəfər ərizə verib. Hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir.
URL / WWW
http://kelam.az/article/a-4178.html