Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BAXCP yeni kampaniyaya start verdi
01.08.11 20:06

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yeni kampaniyaya start verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya partiyadan veriblər. Partiyadan bildirilir ki, fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvəkkili tərəfindən “Azad müsiqi azad olmayan ölkədə” adlı təxribat xarakterli kampaniyaya başlanılıb. BAXCP sədri Qüdrət Həsənquliyev isə “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi diqqəti Azərbaycan torpaqlarının işğalına yönəltmək üçün yeni təşəbbüslə çıxış edib. Q.Həsənquliyev ölkənin ərazi bütövlüyünün bərpa olunmasını arzulayan hər kəsi “Azad musiqi torpaqları işğal altında olan ölkədə” kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qələbəsindən sonra bəyanatla çıxış edən BAXCP ölkənin bütün siyasi qüvvələrini 1 il müddətinə kütləvi aksiyalara moratorium qoymağa çağırmışdı.
URL / WWW
http://kelam.az/article/a-4176.html