Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusların 17 faizi Ermənistanı Rusiyaya birləşdirmək istəyir
01.08.11 20:06

Rusların 17 faizi Ermənistanın Rusiyaya birləşməsini mümkün hesab edir. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (Levada) keçirdiyi sosioloji sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir. Rəy zamanı müəyyən olunub ki, rusların 36 faizi hansısa bir dövlətlə ittifaqa girməyin əleyhinədir. Analoji sorğu ötən il keçirilən zaman bu suala 40 faiz respondent “yox” cavabı vermişdi. Birləşmiş SSRİ-yə gəldikdə, burada respondentlərin 20 faizi, ya da hər 5 respondentdən biri belə bir qurumda yaşamaq istədiyini bildiriblər. Ukrayna, Belarus, Qazaxıstanla rəyi soruşulanların 17 faizi vahid dövlətdə birləşmək istəyərdi. Avropa ilə daha az -13 faiz. O ki qaldı MDB-yə, yalnız 10 faiz belə bir ittifaqda yaşamağı istəyir. Ötən sorğuda isə bu rəqəm 4 faiz idi. Rusların daha çox birləşmək istədikləri ölkə Belarus (35), Ukrayna (33), Qazaxıstan (27 faiz) olub. Sonrakı yerlərdə Ermənistan - 17, Moldova - 16, Azərbaycan -14, Tacikistan və Qırğızıstan hər biri ayrılıqda 12 faizlə gəlir.
URL / WWW
http://kelam.az/article/a-4175.html