Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Araz Əlizadə: “Qarabağ probleminin həlli üçün peşəkar ordu yaratmalıyıq”
01.08.11 20:06

“Bundan sonra çətin ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə görüşü keçirilsin”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Araz Əlizadə bildirib. O qeyd edib ki, bu üçlük danışıqlardan heç bir şey gözləmir. “Qarabağ probleminin həlli üçün Azərbaycanda peşəkar ordu yaratmalıyıq və yaradırıq. Bundan sonra da müharibə yolu ilə torpaqlarımızı azad etməliyik. Ayrı çıxış yolu yoxdur. Bu mənim hər zamankı mövqeyimdir” - deyə politoloq vurğulayıb. Qeyd edək ki, ötən həftə Rusiya Prezident Administrasiyası yaxın vaxtlarda Soçidə Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüşün təşkilinin planlaşdırılması barədə məlumat yayıb. Bu dəfə görüşə ABŞ və Fransa prezidentlərinin də qatılacağı istisna deyil.
URL / WWW
http://kelam.az/article/a-4174.html