Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “Rəsmi Bakı Ərdoğana səmimi cavab verdi”
01.08.11 20:06

“Şübhəsiz ki, Türkiyə baş naziri R.T.Ərdoğanın Bakı səfərində bağlı qapılar arxasında ciddi müzakirələr gedib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspertin fikrincə, əslində həllini gözləyən mövzular artıq məlumdur. “Birincisi, Azərbaycan qazının Türkiyə üzərindən üçüncü ölkələrə daşınmasının iqtisadi-texniki məsələləri həll olunmayıb və bu proses uzanır. Təsadüfi deyil ki, R.T.Ərdoğan danışıqların sonrakı mərhələsini gözləmədən bu mövzunu nazirinə tapşıraraq Bakını tərk edib. Demək müzakirələr hələ çox çəkəcək. Elə Azərbaycan rəsmiləri də Türkiyə ilə tranzit anlaşmasıyla bağlı danışıqlarda mühüm amillərin hələ həll olunmadığını etiraf edirlər. İkincisi, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti dalana dirənib. Halbuki Şuranın yaradılmasına dair anlaşma Ərdoğanla İlham Əliyev arasında hələ ötən ilin sentyabrında İstanbulda imzalanmışdı. Qurumun komitələri də indiyə qədər formalaşdırılmayıb”,-deyə E.Şahinoğlu vurğulayıb.Politoloq onu da əlavə edib ki, belə məsələlər arasında Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məsələsinin həllinin yubanmasını da göstərmək olar. “R.T.Ərdoğanla İlham Əliyevin birgə keçirdikləri mətbuat konfransında türkiyəli jurnalistlər həmişəki kimi bununla bağlı Azərbaycan prezidentinə sual verdilər. İlham Əliyev Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etdiyinə görə Türkiyə hökumətinə minnətdarlığını bildirsə də, açıq şəkildə söylədi ki, rəsmi Bakı eyni addımı atmağa hazır deyil. Bu səmimi cavabdır. Yoxsa əvvəllər bu suala “texniki məsələlər həll olunmalıdır” kimi qeyri-müəyyən cavablar verilirdi. İndi isə qəti şəkildə deyildi ki, Azərbaycan strateji müttəfiqi Türkiyə ilə viza məsələsini həll etməyə hazır deyil”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4173.html