Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Mübarəkiın məhkəməsi avqustun 3-də başlayacaq
30.07.11 02:24

Misirin keçmiş prezidenti Hüsni Mübarək və onun yaxın ətrafının məhkəməsi avqustun 3-də başlanacaq. Misir hakimiyyəti Mübarək və onun oğullarının məhkəməsini Qahirənin sərgi manejində keçirmək niyyətindədir. Ədliyyə naziri Abdel Aziz al-Hindi bildirib ki, hazırda burada jurnalistlərin, QHT nümayəndələrinin və nümayişçilərin ailə üzvlərinin iştirakını təmin etmək üçün binada hazırlıq işləri aparılır. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə yerli MENA agentliyi müstəqil mənbələrə istinadla xəbər verir. Onlar korrupsiya və dinc nümayişçilərin qətlində itiham olunurlar. Məlumatlara görə dinləmələr paytaxt Qahirədə keçiriləcək. Mübarək hazırda Şarm aş Şeyx şəhərindəki xəstəxanalardan birində nəzarət altındadır.
URL / WWW
http://kelam.az/article/a-4168.html