Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ İranı «Əl-Qaidə» ilə gizli sövdələşmədə ittiham edir
29.07.11 20:24

Birləşmiş Ştatlar İranı «Əl-Qaidə» ilə gizli sövdələşmədə ittiham edir. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu, Vaşinqtonun «Əl-Qaidə»nin altı fəalına qarşı sanksiyalar elan etdiyi zaman baş verib. ABŞ-ın maliyyə nazirliyi detalları açıqlamayıb, lakin bildirib ki, fəallar ABŞ rəsmilərinin İranda əl-Qaidənin vasitəçisi olduğuna inandığı İzzəddin Əbdül Əziz Xəlilin şəbəkəsinə mənsub olduğunu bildirib. Nazirliyin bildirdiyinə görə, Xəlil İran hökuməti və terrorçu qrup arasında razılıq əsasında fəaliyyət göstərir. Maliyyə nazirliyi qeyd edir ki, İran «Əl-Qaidə»nin Əfqanıstan və Pakistanda əməliyyatlarına maliyyə dəstəyinin verilməsi üçün mühüm tranzit məntəqəsi kimi çıxış edir. İran hökuməti buna hələlik reaksiya verməyib.
URL / WWW
http://kelam.az/article/a-4167.html