Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis öldürülüb
29.07.11 20:24

Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis və onun iki köməkçisi naməlum silahlı şəxslər tərəfindən öldürülüb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə xəbəri Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil yayıb. O bildirib ki, Yunis ətrafında Qəddafi qüvvələri ilə döyüşlər gedən Marsa-el-Breqa şəhərindən dindirilmək üçün Benqaziya çağırılıb. Lakin Yunis və onun iki köməkçisi dindirilmədən bir qədər əvvəl Benqazidə naməlum silahlı qrup tərəfində qətlə yetiriliblər. Mustafa Abdel Cəlil deyib ki, hücum edən silahlı qrupun başçısı həbs edilib. Lakin o hadisənin təfərrüatını açıqlamayıb. Yunisin Benqazidəki evi hal-hazırda əsgərlər tərəfindən mühasirəyə alınıb. Qəddafi hökumətinin keçmiş təhlükəsizlik naziri Abdel Fəttah Yunis bu ilin fevralında üsyançıların tərəfinə keçib və müxalifətin hərbi qüvvələrinə başçılıq edib.
URL / WWW
http://kelam.az/article/a-4166.html