Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abituriyentlərin doldurduqları cavab kartı onların internetdəki səhifələrində yerləşdiriləcək
30.07.11 02:24

2012-2013-cü tədris ilində keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərin doldurduqları cavab kartı onların internetdəki səhifələrində yerləşdiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında söyləyib. 2011-2012-ci tədris ili ilə bağlı keçirilən qəbul imtahanları zamanı abituriyentlərin doldurduqları cavab kartının nəticələrini hələlik onların internetdəki səhifələrində yerləşdirmək mümkün olmadığını diqqətə çatdıran M.Abbaszadə bunu texniki imkanların olmaması ilə əlaqələndirib. O, ümid etdiyinin bildirib ki, növbəti qəbul imtahanlarına qədər dövlət müvafiq avadanlıqların alınması üçün vəsait ayıracaq və beləliklə, abituriyentlərin cavab kartı skayner edilərək onların öz səhifələrində yerləşdiriləcək. Qeyd edək ki, M.Abbaszadə nümunə üçün bir abituriyentin cavab kartını da komissiyanın saytında nümayiş etdirib. Həmin cavab kartından məlum olub ki, abituriyent dairəni qaralamaq əvəzinə ora “A” hərfini yazıb.
URL / WWW
http://kelam.az/article/a-4162.html