Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Analoq televizorların ölkəyə gətirilməsi qadağan olunacaq
30.07.11 02:24

Yaxın il yarım ərzində Azərbaycanda analoq sistemlə işləyən televizorların idxalına qadağa qoyulacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, analoq yayımdan rəqəmsal yayıma keçid bütün dünyada 2015-ci ilə qədər yekunlaşmalıdır. Nazir bildirib ki, bu barədə Ümumdünya Yayım İttifaqının şərtlərində də öz əksini tapıb: “Bununla əlaqədar olaraq da analoq yayım televizorların idxalı və istehsalı dayandırılacaq. Azərbaycanda bu prosesə keçid 2013-cü ilin ilk yarısında başa çatacaq. Artıq hökumət müvafiq qərar qəbul edib və proqram təsdiqlənib. Analoq yayımın dayandırılması ilə əlaqədar analoq televizorların da idxalı dayandırılacaq”.
URL / WWW
http://kelam.az/article/a-4161.html