Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Sarkisyan başda olmaqla erməni siyasətinin iç üzü ifşa olunmalıdır”
29.07.11 20:24

“13 yaşlı qızın ermənilər tərəfindən öldürülməsi daim gündəmdə saxlanılmalı, bununla əlaqədar ATƏT-ə, cavabdeh olan bütün aidiyyəti qurumlara sorğular göndərilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə əsasən, qarşı tərəfin bu addımları cavabsız qoyulduqca, erməni gülləsinin qurbanları da günbəgün artacaq. “Sarkisyan başda olmaqla erməni siyasətinin iç üzü ifşa olunmalıdır. Mən özün beynəlxalq qurumlara, təşkilatlara 13 yaşlı qızın faciəli ölümü ilə bağlı sorğular göndərmişəm. Ancaq bizə hələ ki, cavab məktubu göndərilməyib” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4160.html