Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Deputat Gültəkin Hacıbəyli Avstriyaya gedib
09.12.09 04:31

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli Avstriyaya səfərə yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Səfər zamanı G.Hacıbəyli Vyana Diplomatiya Akademiyasında Avstriya Beynəlxalq Sülh və Siyasət İnstitutu və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanda diplomatik xidmətin yaradılmasının 90-cı ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək. Tədbir çərçivəsində “Avropa və Xəzər regionu arasında əlaqələrin genişləndirilməsində Azərbaycanın rolu” mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub. G.Hacıbəyli tədbirdə “Azərbaycan və Avroatlantik inteqrasiya siyasəti” mövzusunda məruzə ilə çıxış edəcək. Dekabrın 10-dan 12-dək isə deputat G.Hacıbəyli Avropa Şurası Parlament Assambleyası, Parlamentlərarası İttifaqın və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə keçirilən “Avropada miqrasiya və qadınlara qarşı zorakılıq” mövzusunda toplantıya qatılmaq üçün Parisə səfər edəcək.Tədbirdə gender bərabərliyi, qadın zorakılığına qarşı mübarizə, miqrant qadınların hüquqi müdafiəsi, onların işlə təminatı və digər məsələlər müzakirə ediləcək. Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
URL / WWW
http://kelam.az/article/a-416.html