Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırmaması müsbət haldır”
30.07.11 01:24

ABŞ-ın bu il Dağlıq Qarabağa maliyyə yardımı ayırmaması müsbət haldır. ABŞ belə addımı atmaqla dəfələrlə Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Onun sözlərinə görə, ermənilərin narazılığına baxmayaraq ABŞ bu siyasətini növbəti illərdə də davam etdirməlidir. “Düzdür, ABŞ bu il maliyyə çətinliyinə görə, Dağlıq Qarabağa yardım ayıra bilmədi. Ancaq səbəbindən asılı olmayaraq yardımın ayrılmaması müsbət haldır. Bu dəfə erməni lobbisi özünü göstərə bilmədi”-deyə o əlavə edib. Vitse-spiker bildirib ki, öncəki illərdə ABŞ-ın bir çox ştatlarında erməni lobbisi niyyətini həyata keçirməyə nail olsa da, hazırda ABŞ üçün özlərinin maraqları daha öndədir. “Ermənistana ayrılan yardım da azaldılıb. Bu təbii ki, xarici ölkələrin əlinə baxan, öz iqtisadiyyatı olmayan Ermənistanın hiddətinə səbəb olacaq. Ermənistanın iqtisadiyyatı çöküb. Sarkisyan vətandaşlarına normal əmək haqqı verə bilmir, işlə təmin edə bilmir. Amma bununla belə təcavüzkar siyasətindən də geri qalmır”-deyə o vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4159.html