Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafi: “Qorxmuruq, onlara meydan oxuyuruq”
29.07.11 02:24

Liviya prezidenti Müəmmar Qəddafi NATO-ya yenə meydan oxuyub. Paytaxt Tripolinin 120 kilometr qərbində yerləşən Zaltendə səsli mesajla tərəfdarlarına səslənən Qəddafi: «Qorxmuruq, onlara meydan oxuyuruq. Həyatlarımız, qadınlarımız və uşaqlarımızla bir əvəz ödəyirik. Düşmənə qalib gəlmək üçün canımızı fəda etməyə hazırıq» deyib. «KƏLAMİNFO»nun məlumatına görə, Liviya dövlət televiziyasında yayımlanan mesajda Qəddafi tərəfdarlarını ölkənin cənub-qərbindəki dağlıq bölgəyə - Əl Abal Əl Harbiyə yürüşə keçməyə çağırıb. Qəddafi müxalifətə xitabən: «Xainlər, silahlarınızı atın. Təslim olmaq, ya da ölmək arasında seçim edin» ifadəsini işlədib. Liviya hökuməti isə İngiltərənin yeganə legitim hökuməti olaraq Milli Keçid Şurasını tanımasını və Qəddafi hökuməti ilə diplomatik əlaqələri kəsməsini qanunsuz və məsuliyyətsiz qərar kimi dəyərləndirib.
URL / WWW
http://kelam.az/article/a-4156.html