Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Əl-Qaidə” Suriya müxalifətçilərini dəstəklədi
28.07.11 19:24

«Əl-Qaidə» terror təşkilatının lideri Ayman əl-Zəvahiri videomüraciətində Suriyada etiraz aksiyası keçirənləri dəstəkləyib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «France-Presse» agentliyi SITE - terror resurslarının monitorinqini aparan xidmətə istinadən xəbər yayıb. 7 dəqiqəlik videomüraciətdə Zəvahiri adi türban və ağ paltarda olub. O, Bəşər Əsəd rejiminə qarşı çıxanları müqəddəs döyüşçülər adlandırıb və onları «işğalçı, satqına və onun zülmünə» qarşı üsyan etməyə çağırıb. Əl-Zəvahiri təəssüflə qeyd edib ki, «Əl-Qaidə» Suriyanın müxalifət qüvvələrinə lazımi formada dəstək göstərə bilməyib. O, bunu ABŞ və digər ölkələrə qarşı apardığı mübarizə ilə əlaqələndirib. Zəvahiri çıxışında ABŞ-ı Suriya üsyanından öz məqsədləri üçün istifadə etməkdə və Əsədin hökumətini ABŞ və İsrailin mənafelərini qoruyacaq rejimlə əvəzləmək niyyətində günahlandırıb.
URL / WWW
http://kelam.az/article/a-4155.html