Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Breyviki dəstəkləyənlər ortaya çıxıb
28.07.11 19:24

Avropa Parlamentində İtaliyanın «Şimal liqası» Partiyasından olan deputat Mario Borqeçio norveçli terrorçu Anders Breyvikin bir sıra ideyalarını «əla» adlandırıb. «KƏLAMİNFO» «BBC News»a istinadən xəbər verir ki, Borqeçio bunu İtaliyanın radiostansiyalarından birinə müsahibəsində bildirib. O deyib ki, Breyvikin güc tətbiq etməsini pisləyir, lakin onun antiislam mövqeyini, xüsusən də Norveçin regionun islamlaşması qarşısında təslim olması barədə fikirlərini bəyənir. Qeyd edək ki, Mario Borqeçionun partiyası İtaliyanın baş naziri Silvio Berlsukoninin hakim koalisiyasında təmsil olunur. Düzdür, onun bu bəyanatı digər deputatlar tərəfindən pislənilib və həmkarları onu istefaya çağırıblar. “Şimal Liqası” miqrantlara, xüsusən də müsəlmanlara qarşı ən sərt mövqeyi ilə tanınır. Maraqlıdır ki, Breyviki Fransanın «Milli Cəbhə» qurumunun üzvü Jak Kutela da dəstəkləyib və onu «simvol» və «Qərbin müdafiəçisi» adlandırıb. Hətta Breyviki ərəblərin 8-ci əsrdə Qərbi Avropaya hücumunun qarşısını alan Karl Martellə eyniləşdirib. Düzdür, təşkilat onu partiyadan çıxarsa da, o, mövqeyində qaldığını bildirib. Breyviki, həmçinin «İngilis müdafiə liqası»nın nümayəndələri də dəstəkləyib. Hərəkatın rəhbəri Stiven Lennon Breyvikin addımını «Avropanın oyanması üçün siqnal» adlandırıb. Onun sözlərinə görə, əgər avropalılar islamlaşma məsələsinə daha çox diqqət ayırsaydılar, Breyvik kimi “bədheybət”in peyda olmasının qarşısını almaq olardı.
URL / WWW
http://kelam.az/article/a-4152.html