Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gürcüstandakı azərbaycanlıların təhsili ilə bağlı yeni layihələr həyata keçirilir
28.07.11 19:24

Gürcüstanda yaşayan azərbaycanlıların təhsili ilə bağlı yeni layihələr həyata keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Gürcüstanın Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov söyləyib. H.Yusifov xatırladıb ki, Gürcüstanda yaşayan milli azlıqlarla bağlı layihə həyata keçirilir və bu layihəyə əsasən, ali məktəbə daxil olan milli azlıqlar, o cümlədən azərbaycanlı gənclərə 1-ci kursda gürcü dili öyrədilir. Digər kurslarda isə onlar ixtisas fənlərindən imtahan verirlər. Qubernator müavini xatırladıb ki, ötən tədris ilində 300 azərbaycanlı Gürcüstanın dövlət ali təhsil ocaqlarına qəbul olunub və onlar bu layihədən yararlanırlar. Onun sözlərinə görə, bu il isə Kvemo-Kartli Quberniyası üzrə 600-dən artıq azərbaycanlı Gürcüstanın ali məktəblərində təhsil almaq üçün sənəd verib. Heydər Əliyev Fondunun Gürcüstanda yaşayan azərbaycanlılara dəstəyindən söz açan H.Yusifov açıqlayıb ki, hazırda bu fondun dəstəyi ilə 3 məktəb tikilir. Onun sözlərinə görə, həmin məktəblər 300-500 şagird yerlik olacaq. Kəndlərdə infrastrukturun yenilənməsi və digər sosial məsələlərlə bağlı həyata keçiriləcək tədbirlərdən bəhs edən H.Yusifov qeyd edib ki, hazırda “100 problemsiz kənd” adlı layihə hazırlanır. Onun sözlərinə görə, bu layihə çərçivəsində 380 kənddə, o cümlədən 75 azərbaycanlı kəndində bərpa, yenidənqurma və digər işlər həyata keçiriləcək. H.Yusifov azərbaycanlıların kompakt yaşadığı ərazilərdə fəaliyyət göstərən məktəblərə gürcü direktorların təyin edilməsi ilə bağlı mətbuatda ara-sıra yayılan məlumatlara da münasibətini açıqlayıb. O bildirib ki, təmsil olunduğu quberniyada 100-dən artıq Azərbaycan məktəbi var ki, onun da təxminən 5-nin direktoru gürcüdür. Qubernator müavininin sözlərinə görə, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
URL / WWW
http://kelam.az/article/a-4149.html