Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM ilin ilk altı ayı ilə bağlı hesabatını açıqlayıb
29.07.11 02:24

Strateji Araşdırmalar Mərkəzinin (SAM) bu ilin ilk altı ayı ərzində mətbuatda və elektron mediada 91 məqalə və 16 müsahibəsi çap edilib. Bu barədə “KƏLAMİNFO”ya SAM-dan məlumat verilib. SAM-ın elmi tədqiqatları arasında türk dilində yazılmış “Güney Kafkasiya. Toprak bütünlüyü, jeopolitik mücadeleler ve enerji” kitabı, Türkiyədə fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən təsis edilmiş və SAM-ın dəstəyi ilə nəşr olunmuş Caucasus International (ingilis dilində) rüblük jurnalının ilk sayı, “2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi sabitlik, iqtisadi inkişaf və sosial rifaha təsirləri” adlı hesabat yer alıb. Bu siyahıya eləcə də Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrası və SAM-ın birgə layihəsi çərçivəsində ərsəyə gəlmiş "Mayendorfdan Astanayadək: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri" adlı kitab daxildir ki, o, Cənubi Qafqazda problemlərin təhlili və münaqişədən sonrakı nizamlanmanın optimal modellərinin axtarışı üçün maraqlı bələdçidir. Bu ilin altı ayı ərzində Türkiyə və Rusiyanın qabaqcıl beyin mərkəzləri ilə əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib. Cari ilin birinci yarım illiyində SAM tərəfindən beynəlxalq və ölkə miqyasında tədbirlər keçirilib, xarici qonaqların Azərbaycana səfərləri təşkil edilib. Belə ki, STRATFOR özəl elmi korporasiyanın icraçı direktoru Corc Fridman və “Rusiya Qlobal siyasətdə” jurnalının baş redaktoru F.Lukyanov ilə “Yaxın Şərqdə dəyişən güc balansı”, Hayfa və Corc Vaşinqton universitetlərinin nümayəndə heyətlərinin iştirakı ilə “Barak Obama Administrasiyası və Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi” mövzularında keçirilmiş tədbirlər, “Kiber və milli təhlükəsizlik. NATO siyasəti və milli baxış” mövzusundakı konfrans beynəlxalq səviyyəli tədbirlər sırasında xüsusi yer alıb.
URL / WWW
http://kelam.az/article/a-4146.html