Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib
29.07.11 02:21

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Qazılar Şurasının cümə axşamı keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayır və iyul ayının 31-i niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə ) təsadüf edəcək. QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.
URL / WWW
http://kelam.az/article/a-4140.html