Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Bu meydan, bu ekran - 2011”-in qalibləri bəlli olub
27.07.11 19:30

“Bu meydan, bu ekran - 2011” kino layihələri müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən, qalib gələn kino layihələri təsdiqlənib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, əsas məqsədi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq olan «Bu meydan, bu ekran-2011» kino layihələri müsabiqəsinin yekununda münsiflər heyəti “Orman prodakşn” şirkətinin “Mayak”, “Art Qlobal prodakşn” şirkətinin “İşığa doğru”, “EXA prodakşn” prodüser mərkəzinin “Paralel həyat”, “Butafilm” kino şirkətinin “Qaranquş yuvası” layihəsini qalib kino layihələri olaraq təsdiq edib.
URL / WWW
http://kelam.az/article/a-4139.html