Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Məhəmməd Xatəmiyə İranı tərk etmək qadağan olunub
27.07.11 19:30

İran saytları məlumat verir ki, keçmiş prezident Məhəmməd Xatəmiyə ölkəni tərk etmək qadağan olunub. «KƏLAMİNFO»nun məlumatına görə, «Jahan-News» saytı adını açıqlamadığı mənbələrə istinadən xəbər verir ki, Xatəmi Avropaya uşaqlarının yanına getməyi planlaşdırıb. O həm də İrlandiyada keçiriləcək siyasi seminara qatılacaqmış. Mənbənin məlumatına görə, yerli hakimiyyət Xatəmiyə ölkəni tərk etməyə icazə verməyib. Saytın məlumatı rəsmi təsdiqlənməyib. Məhəmməd Xatəmi prezident Mahmud Əhmədnejada qarşı sərt mövqeyi ilə seçilir. O, 1997-ci ildən 2005-ci ilə qədər ölkənin prezidenti olub. Ötən il də Yaponiyada keçirilən nüvə texnologiyası ilə bağlı konfransa qatılmaq istəyən Xatəmiyə ölkəni tərk etmək qadağan olunmuşdu.
URL / WWW
http://kelam.az/article/a-4136.html