Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlama verib
28.07.11 02:30

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlama verib. “KƏLAMİNFO” xəbər verir ki, R.T.Ərdoğan bildirib ki, enerji layihələri, o cümlədən də "Nabukko" layihəsi onun Azərbaycana səfəri zamanı əsas müzakirə mövzusu olunacaq. "Türkiyə ilə Azərbaycan arasında enerji layihələri bundan sonra da inkişaf edəcək" – deyə Ərdoğan bildirib. Türkiyənin Baş naziri qeyd edib ki, səfəri zamanı "Nabukko" layihəsinin "yol xəritəsi" və onun reallaşdırılacağı tarix müzakirə olunacaq. Ərdoğanın sözlərinə görə, bu layihə iki ölkə arasındakı əlaqələri möhkəmləndirəcək və Qafqaz regionunda sabitliyin yaradılmasına kömək edəcək.
URL / WWW
http://kelam.az/article/a-4135.html