Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə müalicə turizmindən 4 milyard avro gəlir gözləyir
27.07.11 19:30

Hər il 150 min turist Türkiyəyə müalicə məqsədilə səfər edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtım müşavirliyinin əməkdaşı Nizami Zöhrabi bildirib. Onun sözlərinə görə, 2011-ci ildə Türkiyə büdcəsinə müalicə turizmindən 4 milyard avro gəlir gələcəyi proqnozlaşdırılır. Bu ölkənin müalicə turizmində əldə etdiyi ən böyük üstünlük isə keyfiyyətli xidmət və aşağı qiymət təklif etməsidir. Bu yaxınlarda Türkiyə hökuməti tərəfindən ölkədə müalicə turizminin inkişafı istiqamətində daha bir addım atılıb. Belə ki, 2011-ci il iyun ayının 13-dən etibarən ölkəyə müalicə məqsədilə gələn turistlər Türkiyənin Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalara da müraciət edə biləcəklər. Hazırda Türkiyədə 650 sağlamlıq mərkəzi, 10 min çarpayı tutumu, onkologiya, süni mayalanma, ürək-damar xəstəlikləri, orqan nəqli, plastik cərrahiyyə və rekonstruksiya, stomatologiya, göz xəstəlikləri kimi xəstəliklərin müalicəsinə dair ixtisaslaşmış xəstəxanalar fəaliyyət göstərir. Bununla bərabər, Türkiyədə çoxlu sayda termal sağlamlıq mərkəzi də var. Ölkə ərazisində ümumilikdə 1500-ə yaxın termal və şəfalı su mənbələri mövcuddur. Qeyd edək ki, 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi 78,5 milyard dollara çatıb. 2012-ci ildə isə bu sahədən əldə edilən gəlirlərin həcminin 100 milyard dollara çatacağı proqnozlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-4133.html