Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ Ermənistana səfir təyinatı ilə bağlı qərarın çıxarılmasını təxirə salıb
27.07.11 19:30

Senatın Beynəlxalq Münasibətlər Komitəsi ermənipərəst senator Robert Menendezin xahişi ilə ABŞ prezidenti tərəfindən Ermənistana səfir vəzifəsinə irəli sürülmüş Con Heffernin namizədliyi ilə bağlı qərarın çıxarılmasını təxirə salıb. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, Amerika Erməni Milli Komitəsinin (ANKA) yaydığı məlumata görə, iclasa sədrlik edən komitə sədri Con Kerri bildirib ki, bu, qərar senatorlara Heffernin namizədliyi ilə bağlı daha ətraflı tanış olman üçün atılıb. Bu səbəbdən də onun nominasiyası başqa vaxta salınıb. ANKA-nın rəhbəri Aram Amparyan Menendezə buna görə təşəkkür edib. Onun sözlərinə görə, Heffernin qondarma soyqırımıyla bağlı mövqeyi onlarda narahatçılıq doğurur. Belə ki, bu şəxs bu yaxınlarda Senatda keçirilən müzakirələrdə Osmanlı imperiyasında ermənilərin kütləvi qırğına məruz qalması ilə bağlı irəli sürülən iddiaları «genosid» adlandırmaqdan boyun qaçırıb. Menendezin bununla bağlı sualını cavablandıran Heffern bildirmişdi ki, genosidə xarakteristika vermək siyasi qərardır. Yəni o, məsələ ilə bağlı Obama administrasiyasının irəli sürdüyü standartlardan kənara çıxmayıb.
URL / WWW
http://kelam.az/article/a-4132.html